TÜRKİYƏ ORDUSU ƏMƏLİYYATLARA BAŞLADI – Ərdoğan açıqladı

17:40 09-10-2019 110

“Türkiyə Silahlı Qüvvələri  Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terrer təşkilatlarına qarşı “Barış Pınarı” Hərakatına balamışdır”

“AzPolitika.info”nun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter səhifəsindən paylaşdığı xəbərdə bildirib.

Türkiyə Prezidenti bildirin ki, məqsəd cənub sərhəddimizdəki terror koridorunu aradan qaldırmaqdır. 

Qeyd e1cb0516f-874f-4f6f-9a67-e6f92e9d83cbdək ki, Türkiyə ordusu bir qədər əvvəl aniterror əməliyyatı keçirəcəyi əraziyə daxil olub.

Bundan əvvəl isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Liderlərin telefon söhbətinin gündəmini Türkiyə ordusunun Suriyada planlaşdırdığı hərbi əməliyyat təşkil edib.

Ərdoğan söhbət zamanı sözügedən əməliyyatın Suriyada sülh və əmin-amanlığın bərpasına yardım edəcəyini bildirib.

O, daha sonra Suriya xalqının haqq və mənfəətlərinin Türkiyə üçün vacib olduğunu vurğulayaraq, Rusiyanın proseslə bağlı nümayiş etdirdiyi mövqeni təqdirəlayiq adlandırıb.