Sumqayıtda başçısının birinci müavini Teymur Səmədovu valideyn ifşa etdi

17:48 09-10-2019 35

Sakinlər xəbər verir ki, Sumqayıt şəhər rəhbərliyi şəhərin 70 illiyi ilə bağlı təntənəli xeyirxah iş görür və bu işlərin şəhərə nə kimi fayda verəcəyi isə qarşıdakı günlərdə məlum olacaq. 

Ölkəmizin inkişafda olan Sumqayıt şəhərinə nəzər yetirdikdə burada aparılan abadlıq işləri diqqəti kənardan cəlb edir. Şəhərin gündən-günə abadlaşması, sözsüz ki, şəhər rəhbərliyinin gərgin zəhməti ilə başa gəlib. Sumqayıt ŞİH başçısı Zakir Fərəcovun şəhərin inkişaf etməsi və gözəlləşməsi üçün etdikləri hədsiz dərəcədə təqdirəlayiqdir. Ölkə prezidentinin verdiyi tövsiyyə və tapşırıqların Sumqayıtda uğurla həyata keçməsi, şübhəsiz ki, icra başçısının gərgin zəhməti hesabına başa gəlir.

Təəssüflə qeyd edək ki, icra başçısının ünvanına dediyimiz xoş sözləri, məsələn, Zakir Fərəcovun şəhərin təhsil, mədəniyyət, səhiyyə və digər humanitar sahələrə nəzarət işini tapşırdığı birinci müavin Teymur Səmədov haqqında demək mümkün deyil. Şəhər sakinlərinin verdiyi məlumata görə, T. Səmədov qudası ilə əlbir olaraq, şəhər əhalisi arasında böyük narazılıq yaradır, qanunsuz hərəkətləri ilə sakinləri icra başçısına qarşı etiraza məcbur edilir.

Bu günlərdə adının açıqlanmasını hələlik istəməyən Sumqayıt şəhər sakini redaksiyaya bildirib ki, nəvəsini 1-ci mikrorayon ərazisində yerləşən 11 saylı bağçaya yerləşdirmək üçün bağçada ondan 300-400 manat civarında rüşvət tələb olunub.  Bağçada onu da bildiriblər ki, tələb ödənilmədiyi təqdirdə, ya uşaq kənarda qalacaq, ya da valideyn Teymur Səmədovla görüşüb, onun razılığını alıb, bağçaya zəng etməsinə, uşağı tapşırmasını təmin etməlidir. Valideynin ehtimalına görə, ondan tələb olunan rüşvət Teymur Səmədova çatdığına görə, onun razılığının vacibliyi bildirilib. Qeyd edək ki, bu hal Sumqayıt şəhər bağçalarında daim hökm sürən rüşvətxorluğun sıradan bir təzahürüdür.

Sakinlərin verdikləri məlumatları nəzərə alıb, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədova müraciət edirik: cənab müavin, bilin ki, Sumqayıt şəhərindəki dövlət əhmiyyətli obiyektlər sizin şəxsi təsərrüfatınız deyil ki, orada bildiyinizi işlədib, ciblərinizi doldurasınız, bilin ki, bağça, məktəb dövlətə məxsüsdur.  Dərk edin ki, “dövlətə xidmət” etmək, pərdəsi altında vətəndaşları narazı salmaq və onları dövlətə qarşı etiraza qaldırmaq, ən azı, dövlətə və xalqa xəyanətə bərabərdir.

Başa düşün ki, Sumqayıtdakı təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrə aid olan obyekt və idarələrdə fırtına qoparan rüşvətxorluğun başında siz durduğunuzu bütün şəhər sakinləri deyir. Malik olduğunuz çoxsaylı obyeklərin rüşvətxorluq hesabına əldə etdiyinizi yadınızdan çıxarmayın. Onu da unutmayın ki,  sizin kimi və sizdən də böyük vəzifəli, yüksək çinli xeyli məmur hazırda dəmir barmaqlar arasında peşmançılıq hissi ilə yaşamaq zorunda qalıb.

Ölkə prezidenti cənab İlham Əliyevin daim dediyi və tələb etdiyi kimi, xalqı talamaqla, incitməklə, haqqını yeməklə yox, xalqa xidmət etməklə məşğul olmaq hər bir məmurun, o cümlədən siz Teymur Səmədovun borcu və vəzifəsidir!

Zənn etməyin ki, Zakir Fərəcov kimi, özünəməxsus çəkisi və ölkədə ən yaxşı icra başçısı olan insanın birinci müavini olmaq sizi istənilən cinayətdən xilas edəcək, əksinə, nəzərə alın ki, bəd əməllərinizlə ən böyük zərbəni Sumqayıtı tam yenidən quran icra başçısına siz vurursunuz, onun zəhmətinin nəticəsinə kölgə salırsınız və ona xəyanət edirsiniz!..

Birinci müavin Teymur Səmədovun fəaliyyəti ilə bağlı araşdırmamız davam edir, bizi izləyin

Murtuza