Türkiyə “Barış bulağı” əməliyyatının quru döyüş mərhələsinə başlayıb

12:14 10-10-2019 40

Türk Silahlı Qüvvələri Suriya ilə sərhədi keçərək Fərat çayının şərqində “Barış bulağı” əməliyyatının quru döyüş mərhələsinə başlayıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bizim hərbçilərimiz Suriya Milli Ordusu ilə birgə “Barış bulağı” əməliyyatı çərçivəsində Fəratın şərqinə doğru quru əməliyyatına başlayıb”, – məlumatda belə deyilir.

Bildirilir ki, Türkiyə ordusu Suriya ərazisinə sərhədin üç nöqtəsindən daxil olub.