Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub

12:54 10-10-2019 50

1559041317.qezaBakı-Quba yolunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə magistral yolun Sumqayıt şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107″ markalı minik avtomobili, qarşıda gedən “MAN” markalı yük maşınına arxadan çırpılıb.

Qəza zamanı minik maşınında olan bir ailənin üç üzvü – 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.