Gürcüstanın XİN başçısı Keşikçi dağla bağlı parlamentə çağırılıb

15:57 11-10-2019 85

Gürcüstanın xarici işlər naziri David Zalkaliani noyabrın 29-da parlamentin plenar iclasında çıxış edəcək.

“Report”un yerli bürosu xəbəər verir ki, naziri qanunverici orqana Vətənpərvərlər Alyansı Partiyası çağırıb.

XİN başçısının parlamentə çağırılmasının səbəbi Azərbaycanla sərhəddə yerləşən Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında inkişaf edən hadisələrdir.

Reqlamentə əsasən, D.Zalkaliani deputatlar qarşısında çıxış edərək onların suallarını cavablandıracaq. Daha sonra siyasi debatların keçiriləcəyi nəzərdə tutulub.