Oqtay Şirəliyev vəzifəsindən azad olunur - İDDİA

16:40 18-10-2019 125

Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq.

MillətinSəsi.info bildirir ki, bu barədə "Gununsesi.org"saytına Səhiyyə Nazirliyindəki mənbədən məlumat daxil olub.

Xəbərə görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. 

Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib.

Nazirin artıq geri dönməyəcəyi barədə fikir qətiləşib.

Qeyd edək ki, yeni baş nazir təyinatından sonra "Gununsesi.org" saytı bəzi hökumət üzvlərinin də yola salınacağını yazmışdı.