Bakının bitməyən lift dərdi - VİDEO

14:21 22-10-2019 130

Paytaxtın köhnə binalarının (sovet hakimiyyəti dövründə inşa olunan) lift dərdi bitmir. 

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi V massivdə yerləşən 3 nömrəli binanın sakinləri uzun müddətdir lift problemi yaşayır.

Doqquzmərtəbəli binanın sakinləri lift işləmədiyi üçün hər gün bütün mərtəbələri piyada çıxmağa məcbur olur. Onlar dəfələrlə adiyyəti qurumlara müraciət etsələr də, problemin həll edilmədiyini bildirirlər.

Baku TV məsələ ilə bağlı Suraxanı rayonu 62 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etdib. MKİS-in mühəndisi Cavad Abdullayev bildirib ki, hazırda həmin liftdə təmir işləri gedir.

“Təmirin beş günə, beş həftəyə və ya beş aya bitəcəyini deyə bilmərəm”. 

İlhamə Kələyeva 
Vasif Miradəmoğlu