Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ

15:14 13-11-2019 110

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deputatları reqlamentə əməl etməyə çağırıb. 

milletinsesi.info-ın məlumatına görə, O.Əsədov iclasda çıxış üçün beş dəqiqəlik limitin olduğunu xatırladıb:

“Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün beş dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur, beş dəqiqəyə riayət edək”