Kəmaləddin Heydərov rus generalla necə görüşüb?

15:25 13-11-2019 120

Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla yaxın dostdur.

“MillətinSəsi.info” xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Şoyqu ilə Heydərovun dostluq münasibətlərini bir çeçen vasitəsi ilə Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyev tanış edib. Bu tanışlıqdan sonra iki nazir arasında dostluq münasibəti yaranıb. Nazirlərin müntəzəm olaraq görüşdüyü bildirilir.

Qeyd edək ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov oliqarx-biznesmen nazir kimi tanınır. Kəmaləddin Heydərovun biznesə gəlişi hələ sovet dövrünə təsadüf edir. Heydərovun biznesə bağlaması üçün tələb olunan ilkin kapitalı necə əldə etməsi isə hələ də tapmaca olaraq qalır. “Gilan” şirkətinin rəsmi saytında onun 1987-ci ildə yaradıldığı göstərilir. Hazırda «Gilan» ölkənin ən iri şirkətlər qrupuna çevrilib. 

2016-cı ildə holdinqin daxilindəki şirkətlər konqlomeratı sənaye, xalq istehlak malları satışı və pərakəndə ticarət, turizm və otelçilik, nəqliyyat və logistika, tikinti və daşınmaz əmlak idarəçiliyi, inşaat materialları istehsalı, ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı sahələri üzrə qruplaşdırılıb. Holdinq daxilində yeni şirkətlərin yaradılması dayanmayıb. Yerli medianın yazdığına görə, hər ay «Gilan Holding» MMC-yə daxil olan neçə-neçə şirkət qurulur.

Banka sahib olmasına baxmayaraq, holdinq dövlətin ona səxavətlə təqdim etdiyi ucuz maliyyə resurslarından da istifadə edir. Bakıdakı çörək zavodu, Hacıqabuldakı keramika zavodu, Sumqayıtdakı tekstil fabrikləri, Qəbələ rayonundakı aqrokompleks və başqa çoxsaylı zavod və fabriklər dövlətin on milyonlarla manat məbləğində uzunmüddətli krediti hesabına qurulub.

Holdinqin çox az sayda şirkəti kapitalı və sərmayələri haqda məlumat verir. Onlardan bir neçəsinin sərmayə qoyuluşu haqda məlumat var:

Bakıda 2008-ci ildə tikintisinə başlanan Crescent Bay Development daşınmaz əmlak layihəsinin (mehmanxana, iş və ticarət mərkəzləri) sərmayə dəyəri 1,5 milyard dollar həcmində qiymətləndirilir.