Məktəblilərin 5 günlük tətili başlayır

11:33 15-11-2018 875

10:05

Sabahdan etibarən 2018-2019-cu dərs ilinin ilk - payız tətili başlayır.

Axar.az xəbər verir ki, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.

5 günlük payız tətilindən sonra məktəblilər noyabrın 21-də dərsə gedəcəklər.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə şagirdlər dərsə getməyəcəklər.