“Gender bərabərliyi və media" vəsaiti təqdim olundu - Foto

16:10 11-12-2019 160

Avropa Şurasının "Mediada gender bərabərliyi və digər etik standartların təşviqi" proqramı çərçivəsində hazırlanmış “Gender bərabərliyi və media" vəsaiti "Teleqraf" Media Qrupuna təqdim olunub.

Axar.az xəbər verir ki, kitabın müəllifi Müşfiq Ələsgərli vəsaiti “Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızına təqdim edib.

Müəllifin bildirdiyinə görə, kitab daha 30 KİV redaksiyasına təqdim olunacaq.

Qeyd edək ki, vəsaitin təkmil hazırlanması, mövzu üzrə əhəmiyyətli bilgi verməsi nəzərə alınaraq, onun həm ingilis, həm də Azərbaycan dilində olan versiyaları Avropa Şurasının saytında yerləşdirilib.

Vəsait yerli və beynəlxalq mütəxəssislərin həmmüəllifliyi ilə hazırlanıb. Azərbaycan üzrə müəllif JuHİ sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərlidir. Digər müəllif isə Belqrad Universitetinin Siyasi elmlər fakültəsinin professor Dr.Yelena Surcilija Milojevic-dir.