"Baklift-2”nin sabiq rəisi özünü təqsirli bilmədi

18:03 11-12-2019 190

 

“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsi rəisi olmuş Ruslan Dilanov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Daha sonra ittihama münasibət bildirən Ruslan Dilanov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Növbəti proses dekabrın 18-də davam edəcək.

İstintaq orqanı tərəfindən Ruslan Dilanovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, inalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib

Cinayət işi üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.