Rövnəq Abdullayev Prezidentin sərəncamından danışdı

10:48 04-03-2019 995

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Liqasının finalının keçirilməsi barədə imzaladığı sərəncam oyunun yüksək səviyyədə təşkilinə zəmin yaradır.

Report xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev qurumun Növbəti Hesabat Konfransında deyib.

Milli assosiasiya rəhbəri 2018-ci ildə görülən işlərdən də danışıb:

“Ötən il U-19 elit raunda yüksəldi, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində çıxış etdi. Amma təəssüf ki, milli komanda Millətlər Liqasının pley-offuna yüksələ bilmədi. Yığmanın baş məşqçi postunda dəyişiklik baş verdi”.