“Qarabağ” - “Vorskla” oyununa 23 min bilet satılıb

20:07 25-10-2018 910
UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Vorskla” oyununa satılan biletlərin sayı açıqlanıb.

Paralel.az  kluba istinadən xəbər verir ki, görüşə indiyədək 23 min bilet satılıb.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtilə saat 20:55-də başlayacaq