Əzizli DÇ-nin qızıl, Çunayev bürünc medalı üçün güləşəcək - YENİLƏNİB

20:29 25-10-2018 950

Olimpiya mükafatçımız Rəsul Çunayev finala çıxa bilməyib.

Oxu.Az xəbər verir ki, o, ikiqat dünya çempionu olan alman rəqibinə 1:9 hesabı ilə uduzub.

Qeyd edək ki, sabah Eldəniz Əzizli final, Rəsul Çunayev isə bürünc medal uğrunda güləşəcək.

19:12

Bu il böyüklər arasında Avropa çempionu olmuş Eldəniz Əzizli karyerasının ən yüksək nəticəsini qazanmağa yaxındır.

Oxu.Az xəbər verir ki, o, gürcü rəqibini 6:3 yenərək finala çıxıb.

16:58

Azərbaycanın iki yunan-Roma güləşçisi dünya çempionatının (DÇ) yarımfinalına vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, Eldəniz Əzizli Macarıstan və Çin idmançılarından sonra Yaponiya güləşçisinə də 9:0 qalib gələrək 1/2 finalda mübarizə aparmaq hüququ əldə edib.

Onun rəqibi gürcüstanlı Nuqzar Surtsumia olacaq.

Dünya çempionluğuna namizədimiz Rəsul Çunayev isə 1/4 finalda iranlı rəqibini 5:4 hesabı ilə məğlub edib. O, yarımfinalda Almaniya güləşçisi Frank Şteblerlə qarşılaşacaq.

Digər iki güləşçimiz isə 1/4 finalda uduzub. Taleh Məmmədov Misir, Rafiq Hüseynov isə İran güləşçisinə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-dən etibarən başlayacaq.