Dünyanın ən yaxşısı : Azərbaycan bizə xəbərdarlıq etmişdi

13:47 25-03-2019 650

Macarıstanla oyunda aldığımız məğlubiyyət bizim üçün şok oldu. Biz ilk xəbərdarlığı Azərbaycanla oyunda almışdıq.

rn

Axar.az xəbər verir ki, bu sözləri 2018-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş xorvatiyalı ulduz Luka Modriç deyib.

rn

“Biz Azərbaycanla matçda qələbə qazana bildik, lakin bu dəfə alınmadı. Son iki oyunda sərgilədiyimiz performansdan daha yaxşısını nümayiş etdirməliyik. Rəqiblərin müdafiə xəttini yarmaq üçün sürətli oynamalıyıq”, - Modriç bildirib.

rn

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla birgə E qrupunda yer alan Xorvatiya səfərdə Macarıstana 1:2 məğlub olub.

rn

Xorvatiya ilk turda Azərbaycan millisini eyni hesabla məğlub edib.

rn