“Qarabağ” məşhur qapıçı ilə yollarını ayırdı

18:41 05-04-2019 645

“Qarabağ” futbol klubu islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Axar.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında qeyd edilib.

Məlumata görə, mövsümün əvvəlində transfer olunan Hannes bu mövsüm 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok ) meydanda olub. Klub qolkiperə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, DÇ-2018-də Argentina ilə matçda Messinin penaltisini qaytarmaqla məşhurlaşan Halldorssonu “Qarabağ” ötən ilin avqustunda transfer etmişdi.