Yarış qızışır: "Qarabağ" "Neftçi" ilə...

22:28 07-04-2019 720

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Axar.az xəbər verir ki, bu gün "Qəbələ" "Qarabağ"ı qəbul edib.

Görüş maraqlı mübarizə şəraitində keçib və qonaqlar erkən qola sevinib. Belə ki, 3-cü dəqiqədə Donald Gerye ev sahiblərini meydanın mərkəzinə dəvət edib. "Qəbələ" buna 20 dəqiqə sonra Rauf Əliyevin qolu ilə cavab verib.

Mübarizəni sonadək davam etdirən "Qarabağ" qələbə qolunu 82-ci dəqiqədə vurub. İkinci yarıda meydana çıxan Araz Abdullayev komandasına 3 xal qazandırıb.

Qeyd edək ki, günün digər matçında "Sabah" və "Səbail" üz-üzə gələcək.

***

"Sabah" öz meydanında "Səbail"i 3-1 məğlub edib.

Bununla da 23-cü tura yekun vurulub. Hazırda 51 xalı olan "Neftçi" və "Qarabağ" 1-ci, 2-ci yerləri bölüşdürürlər.

Turnir cədvəlinin son sırasında isə "Keşlə" klubu qərarlaşıb.