“Qəbələ” “Monako” və “Benfika” ilə eyni qrupda

12:50 08-04-2019 615

“Qəbələ”nin daha bir aşağı yaş qrupu üzrə komandası beynəlxalq turnirdə iştirak edəcək. 

“Qafqazinfo” klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, U-17 komandası Fransada turnirə qatılacaq. “Snaf Mondial Cup” adlı turnir 10-12 mayda keçiriləcək. 

“Qəbələ”nin A qrupundakı rəqibləri yerli “Monako” və “Anje”, eləcə də Portuqaliyadan “Benfika” olacaq.