Cəbrayıl Həsənov Avropa çempionu oldu

17:36 09-04-2019 630

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, çempionatda 79 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Gürcüstan, Almaniya və Belarusdan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz rusiyalı Ahmed Hacımaqomedov ilə qarşılaşmalı olsa da, rəqibin zədəsi üzündən həlledici görüşə çıxmasına icazə verilməyib.

C.Həsənov 2010-cu və 2011-ci illərdə də Avropa çempionu olub.