Təbrik

19:49 12-04-2019 655

Dostum, qardaşım Bəhruz müəllimi və ailəsini oğlu Sadıqzadə Həsənin 8-11 aprel 2019-cu il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən boks üzrə beynəlxalq çempionatda 12-13 yaşlılar arasında bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxması və Azərbaycan bayrağını yüksəklərə qaldırması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

"Dinamo" idman klubunun yetirməsi olan Həsənə və məşqçisi Yadigar müəllimə yeni-yeni qələbələr və daha yüksək zirvələr fəth etməyi arzulayıram.

 

Hörmətlə: İlqar Vüqarlı

"Paralel" qəzetinin kollektivi də bu təbrikə qoşulur

və gənc idmançıya daha böyük uğurlar arzulayır.