"Fənərbaxça" və "Qalatasaray"ın matçları bitdi - Biabırçı nəticə

10:58 29-10-2018 985

Türkiyə Super Liqasının 10-cu turu favoritlərin gözlənilməz məğlubiyyətləri ilə yadda qalıb.

Axar.az xəbər verir ki, lider "Qalatasaray" səfərdə "Yeni Malatyaspor"a 2-0 hesabı ilə məğlub olub. "Malatyaspor"un qollarını Miçel Donald və Adəm Böyük vurub.

"Fənərbaxça" isə öz meydanında şok məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi doğma divarlar arasında "Ankaragücü"nə 3-1 məğlub olub. Ankara klubunun qollarını Rikardo Fati, Ərdəm Özgənc və El Kebir vurub. "Fənər"in heyətində isə Frey fərqlənib.

Bu nəticələrdən sonra "Qalatasaray" liderlik taxtından enərək, yerini "İstanbul Başakşəhər"ə təhvil verib.