Üzünü it parçalayan uşağın son durumu - Açıqlama

11:00 22-04-2019 575

Paytaxtda azyaşlı itin hücumuna məruz qalaraq xəsarət alıb.

Report xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb.

Azyaşlı əvvəlcə Xocasən xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Onun müalicəsi davam edir.

***

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən uşağın səhhəti yaxşıdır.

"Uşağa vaksinlər vurulub və o, hazırda palatadır. Müalicəsi davam edir", - nazirlikdən bildirilib.