Üzünü it parçalayan uşağın xəstəxanadan görüntüsü - Video

14:49 22-04-2019 650

Paytaxtda azyaşlı itin hücumuna məruz qalaraq xəsarət alıb.

Report xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb.

Azyaşlı əvvəlcə Xocasən xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Onun müalicəsi davam edir.

***

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən uşağın səhhəti yaxşıdır.

"Uşağa vaksinlər vurulub və o, hazırda palatadır. Müalicəsi davam edir", - nazirlikdən bildirilib.

***

Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun xəstəxanadan görüntüləri yayılıb.

Xəstənin ətraf toxumasının plastik əməliyyatı aparılıb və onun dişlənmiş yanağı normal vəziyyətə gətirilib.

Uşağın vəziyyəti stabildir.

Bu həftənin sonunda uşağın evə buraxılacağı gözlənilir.