Kamal Abdulla sədr seçildi

13:27 29-10-2018 108

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla yenidən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib.

Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetinin prorektoru Sərraf Balaxan məlumat yayıb.

Qeyd edək ki, Kamal Abdulla birinci dəfə 2014-cü ildə BBMM Himayəçilik Şurasının sədri kimi çalışmağa başlayıb.