Azərbaycanlılar ermənilərə görə həbs edildi

11:53 25-04-2019 590

İranda erməni baş kilsəsinin önündə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan azərbaycanlı milli-mədəni fəallardan daha 5-nin adı açıqlanıb.

Axar.az xəbər verir ki, həbs olunanlar arasında Әli Novin, Rza Nәziri, Afşin Nәziri, Aydın Hacızadә, Ruhullah Heydәri kimi fəalların da olduğu bildirilib.

Qeyd edək ki, soydaşlarımızın uzunmüddətli səylərindən sonra İran hökuməti ermənilərə bu ilin 24 aprelində Türkiyənin Tehrandakı səfirliyi qarşısında mitinq keçirməyə icazə verməyib. Tehranın Kərimxan küçəsində yerləşən kilsələrində toplaşan ermənilərin başqa bir yerdə mitinq təşkil etməməsi üçün fəallar kilsənin qarşısında və ətraf küçələrdə gözləyib, başqa bir yerdə aksiya keçirəcəkləri halda bunun qarşısını almağa çalışacaqlarını bildiriblər.