MİT-in ələ keçirdiyi casus intihar etdi

11:07 29-04-2019 660

Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyat çərçivəsində saxlanılan BƏƏ xüsusi xidmət orqanlarının 2 kəşfiyyatçısından biri Silivri həbsxanasında intihar edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Qeyd edək ki, aprelin 20-də Türkiyədə BƏƏ xüsusi xidmət orqanlarının 2 kəşfiyyatçısı saxlanılıb. Həbs olunan kəşfiyyatçılardan birinin jurnalist Camal Qaşıqçı cinayəti ilə əlaqəsi olduğu bildirilirdi.