Bakıda qətl törədən şəxsin axtarışları davam etdirilir

13:57 29-04-2019 570

Daxili İşlər Nazirliyi (DİN) Bakının Mərdəkan qəsəbəsində törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 28-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində Bakı şəhər sakini, əvvəllər qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və soyğunçuluğa görə məhkum olunmuş R.İlyasov münaqişə zəminində tanışı, paytaxt sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sergey Musayevə kəsici alətlə xəsarət yetirib hadisə yerini tərk edib. S.Musayev aldığı xəsarətlərdən ölüb.

Xəzər Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.