“Ayaks” ÇL-in yarımfinalında “Tottenhem”i məğlub edib

10:47 01-05-2019 665

İngiltərənin “Ayaks” klubu futbol üzrə Çempionlar Liqasının yarımfinal matçının ilk oyununda “Tottenhem”i 1:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, matçda yeganə qolu görüşün 15-ci dəqiqəsində Donni van de Bek vurub.

Komandalar arasında cavab qarşılaşması mayın 8-də Amsterdam şəhərində keçiriləcək.

Digər yarımfinal qarşılaşmasında “Barselona” və “Liverpul” üz-üzə gələcək. İlk matç mayın 1-də keçiriləcək.

Çempionlar Liqası, 1/2 final, ilk oyun

“Tottenhem” (İngiltərə) – “Ayaks” (Hollandiya) – 0:1 (0:1)