Nazarbayevdən mühüm çağırışlar

11:20 01-05-2019 620

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Pekində keçirilən «Bir kəmər, bir yol» forumunda «Üç D» təşəbbüsünü səsləndirib. Təşəbbüs «Üç dialoq»un qurulmasının vacibliyini nəzərdə tutur.

Birincisi, qlobal səviyyəyə toxunur – bu, ABŞ, Rusiya, Çin və Avropa İttifaqı (Aİ) arasındakı dialoqdur.

Nazarbayevin qeyd etdiyi ikinci dialoq Avrasiya səviyyəsindədir. Məqsəd – Asiyada inam və Avropada simtemli iqtisadi əməkdaşlığın qurulması istqamətində iclasların potensiallarının birləşdirilməsindən ibarətdir.

Üçüncü dialoq – bu, Avrasiya İqtisadi İttifaqı, Avropa İttifaqı, Şanxay əməkdaşlıq təşkilatı və Cənub-Şərqi Asiya ölkələri Assosiyasiyası arasındakı sistemli iqtisadi dialoqdur.

«Belə formatda iqtisadi kooperasiyanın inkişafı birincisi, ölkələrimizin inkişafı, iqtisadiyyatın inkişafı və vətəndaşlarımızın rifahının yüksəldilməsi üçün güclü impuls verərdi. İkincisi, yeni divesifikasiya mənbələrinə, rəqabət qabiliyyətliliyin möhkəmlənməsinə, biznes-mühitin yaxşılaşmasına və dövlətlərin investisiya cəlbediciliyinin yüksəlməsinə yol açardı. Üçüncüsü, Böyük Avrasiyanın qlobal rolunun yüksəlməsi istiqamətində bir siqnala transformasiya olunardı» – deyə, Qazaxıstanın eks-prezidenti şərh edib.

AzPolitika.info