Həbib Nurməhəmmədovun titulunu qorumaq üçün rəqibi müəyyənləşib

11:32 01-05-2019 665

MMA üzrə yüngül çəki dərəcəsində UFC-nin çempionu Həbib Nurməhəmmədovun növbəti rəqibi müəyyənləşib.

ONA-nın məlumatına görə, rusiyalı idmançı çempion titulunu qorumaq üçün ABŞ təmsilçisi Dastin Porye ilə qarşılaşacaq.

Kəmər uğrunda döyüş BƏƏ-nin Abu-Dabi şəhərində baş tutacaq UFC-242 çərçivəsində təşkil olunacaq. Görüş sentyabrın 7-də keçiriləcək.

Qeyd edək ki, H.Nurməhəmmədov 2018-ci aprelin 7-dən çempion titulunu daşıyır.