Tərlan Əhmədov özünə iş tapdı

11:57 30-10-2018 935

 

 

Bu gün “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

seherxeber.org xəbər verir ki, şuranın iclasında qəsəbə komandasının baş məşqçi vəzifəsinəTərlan Əhmədov təyin olunub.

Sonuncu dəfə “Neftçi”ni çalışdırmış azərbaycanlı mütəxəssislə müqavilə cari mövsümün sonunadək imzalanıb.

Qeyd edək ki, dünən Bakı komandası serbiyalı çalışdırıcı Mladen Milinkoviçlə müqaviləyə xitam verib. “Keşlə” hazırda sondan ikinci pillədədir.

Səbuhi MUSAYEV