Formula-1: İtən baqajlar, sevimli pişik, cəzalanan çempion...

15:26 02-05-2019 780

Formula-1 üzrə SOCAR Azərbaycan Qran-prisi üçün Rusiyanın paytaxtı Moskvadan “Aeroflot” təyyarələri ilə Bakıya uçan 70 nəfərə yaxın şəxsin baqajı itib.

Report xəbər verir ki, bu barədə “Motorsport” portalında yer alan geniş məqalədə bildirilir. Bu cür porblemlər daha çox gecə reysləri zamanı baş verib. Zərərçəkənlər arasında “Alfa Romeo” komandasının pilotu Antonio Covinatsi də olub: “Şeremetyovadan Bakıya uçanlar özləri təyyarəyə əyləşirdilər, yükləri isə Moskvada qalırdı. Amma Covinatsi ilə bağlı hadisəni başa düşmək olar. Nitsadan gələn təyyarənin yükünü Bakı reysinə yükləmək üçün 1.5 saat vaxt lazım idi. Belə vəziyyətdə istənilən aviaşirkət baqajı itirə bilər. Üstəlik, pilotun əşyalarını elə həmin gün qaytardılar. Ona görə də Covinin incikliyi qalmadı. Digərlərinin isə bəxti gətirmədi. Bakıya aprelin 20-də gələn “Haas” komandasının əməkdaşlarının yükləri çərşənbə günü çatdırıldı. Çoxlu sayda jurnalist sıralama turunun keçirildiyi şənbə günündə yükləri üçün hava limanına getməli oldular”.

Yazıda bildirilir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsinə görə Böyük Britaniyanın “Williams” komandasından qeyri-adi formada üzrxahlıq edib.

BŞH-dan “Williams” komandasının rəhbərinin müavini Kler Uilyamsa gül buketi və kənarları yanmış kağız parçasında mesaj göndərilib:

“Əziz Kler, BŞH adından bugünkü insidentə görə səmimi qəlbdən üzr istəyirik. Biz yardım etməyə həmişə hazırıq və bundan sonra da bu işin araşdırmasında əməkdaşlıq edəcəyik. Hələlik isə həftəsonunun qalan hissəsində uğurlar arzulayırıq. Bakı Şəhər Halqası komandası”.

Müəllif yarış günlərində paddokda bir pişiyin peyda olmasına da diqqət çəkib: “Onun boynunu sığallayır, yemək verir və şəklini çəkirdilər. Buna görə də Formula-1-in onun çox xoşuma gələcəyi təəcüblü deyil. Pişik komandaların otaqlarında yatır, vaxtını xoş keçirirdi. “Toro Rosso”nun pilotu Aleksandr Albonun anası onu qucağına götürmüşdü. Etibarlı mənbədən bəlli oldu ki, o, pişiyi özü ilə aparmaq istəyib, ancaq həyat yoldaşının etirazı ilə üzləşib. Həyat yoldaşı deyib ki, xanımının evdə 5 pişiyi var. Üstəlik, bu pişiyin Bakıdan Londona aparılması üçün minimum 40 gün lazım olacaq. Qısası, Taylandda pişiklər müqəddəs sayılır. Aleksin anası isə yetərincə bacarıqlı qadındır. Ona görə də pişiyin aparılması istisna deyil”.

Məqalədə 2016-cı ildə Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-prisinin qalibi Niko Rosberqin paddok ərazisinə buraxılmamasına da toxunulub. Hazırda Böyük Britaniyanın “Sky Sports” və Almaniyan RTL telekanallarında şərhçi kimi fəaliyyət göstərən “Mercedes”in sabiq sürücüsü bu dəfə Azərbaycanda problemlə üzləşib: “Yəqin ki, Rosberqin bir neçə yarışda paddoka girmək hüququndan məhrum edilməsi barədə oxumusunuz. Bu hadisədə aydın olmayan məqamlar var, ancaq bir şeyi əminliklə demək olar: 2016-cı ilin dünya çempionu bir müddət əvvəl Şanxayda öz akkreditasiyasını onunla birgə paddoka keçmək üçün şəxsi operatoruna verdi. Bunu isə “Formula One Management”in təhlükəsizlik xidmətinin əməkdaşları gördü. Nikonun həmkarını yetərincə sərt formada ərazidən çıxardılar. Hətta Rosberq özü də heç nə edə bilmədi. Sonra nə oldu – fərqli versiyalar var. Bildirilir ki, sabiq pilotla ciddi söhbət aparılıb. Rosberqin birgə çalışdığı həmkarları isə pıçıldaşırlar ki, onun Bakı və Barselonda paddokda peyda olması pis qarşılanacaq. Qadağa isə Monakoda götürüləcək. Hər iki kanalın rəsmi mövqeyi belədir ki, Rosberqin Azərbaycan və İspaniyaya səfərləri öncədən planlaşdırılmayıb. Ancaq fakt faktlığında qalır: Niko Yutub videonu İbitsadan yükləyib”.

Qeyd edək ki, 26 - 28 apreldə keçirilmiş SOCAR Azərbaycan Qran-prisinin qalibi “Mersedes”in pilotu Valtteri Bottas olub.