İranda toyda araqdan 45 nəfər zəhərləndi

10:48 06-05-2019 575

İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərində keçirilən toy mərasimində saxta alkoqollu içkilərdən 45 nəfər zəhərlənib.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Bağır Bəhrami məlumat yayıb.

O bildirib ki, zəhərlənənlərdən 33-ü ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, 11 nəfər hazırda Maku xəstəxanasının reanimasiya şöbəsində həkim nəzarəti altında saxlanılır, 1 nəfər isə həyatını itirib.

Bağır Bəhrami qeyd edib ki, zəhərlənmədən sonra xəstəxanaya müraciət edənlərdə görmə qabiliyyətinin zəifləməsi, baş ağrısı və başgicələnmə əlamətləri müşahidə olunub.

Xatırladaq ki, İranda alkoqollu içkilərin istehsalı və satışı qadağandır.