Venesuela əsgərləri Quaidonun məktubunu yandırdı - Video

10:50 06-05-2019 535

Venesuela hərbçiləri müxalifət lideri Xuan Quaidonun məktubunu yandırıblar.

Axar.az xəbər verir ki, “Telesur” telekanalı bununla bağlı videogörüntülər yayıb.

“Venesuela əsgərləri Quaidonun məktubunu rədd etdi” başlıqlı videodan görünür ki, bir nəfər müxalif liderin məktubunu hərbçiyə uzadır və hərbçi də onu oxumadan yandırır.

Digər əsgər isə hərbçilərin xain olmadığını və onların satılmadığını deyir.

Məktubun məzmunu ilə bağlı məlumat verilmir.