Asiyanı fəth edən Nuridən qürurlandıran addım

11:21 06-05-2019 640

Güney Azərbaycanın Zəncan şəhərindən olan güləşçi Hüseyn Nuri Asiya oyunlarında qazandığı qızıl medalı İranın türk əhalisinə həsr edib.

Axar.az xəbər verir ki, Çində keçirilən Yunan-Roma güləşi üzrə Asiya Çempionatında qızıl medala layiq görülən soydaşımız "Traktor" azarkeşlərini də unutmayıb və bu uğurunu onlarla bölüşdüyünü bildirib.

Qeyd edək ki, 87 kq çəki dərəcəsində güləşən H.Nuri Çin, Yaponiya və Özbəkistandan olan rəqiblərini məğlub edərək, finala yüksəlib. O, finalda Hindistandan olan Kumar Sonilə 2:0 qalib gələrək, qızıl medal qazanıb.