Papadan Bolqarıstana: sərhədləri bağlamayın!

11:23 06-05-2019 525

Bolqarıstan sərhədi miqrantlara bağlamamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Roma Papası Fransisk Bolqarıstan Prezidenti Rumen Rudev ilə görüşündə deyib.

Papa Bolqarıstanın Şərqi və Cənubi Avropa arasında bir körpü rolu oynadığını bildirib və bu ölkəni Yaxın Şərqə açılan qapı adlandırıb:

“Tarixdəki təcrübələri səbəbindən Bolqarıstan köçün nə demək olduğunu çox yaxşı bilir. Müxtəlif ölkələrdən müxtəlif səbəblər üzündən qaçqın düşmüş insanlar üçün sərhədlər bağlı olmamalıdır”.