İranda kafe və restoranların fəaliyyəti qadağan edilir

10:36 07-05-2019 625

Tehran polisi Ramazan ayı ərzində ictimai yerlərdə oruc tutmadığını bəyan edən insanları cəzalandıracaq.

Azərtac-a istinadən xəbər verir ki, bu barədə Tehran polis idarəsinin rəisi Hüseyn Rəhimi vətəndaşlara müraciətində bildirib.

"Kafe və restoranların fəaliyyəti axşam namazına kimi qadağan ediləcək. Sifarişlə yemək hazırlayıb evlərə və iş yerlərinə çatdıran restoranlar isə polisdən xüsusi icazə aldıqdan sonra fəaliyyət göstərə bilərlər.

Polis rəisi onu da qeyd edib ki, otel və kinoteatrlar da iftardan sonra fəaliyyət göstərə bilərlər.

Xatırladaq ki, bu gecədən başlayaraq müsəlman aləmi müqəddəs Ramazan ayına qədəm qoyacaq.