ASQ sədri seçkilərin ləğvindən danışdı

10:39 07-05-2019 585

İstanbul bələdiyyə seçkiləri ilə bağlı məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ali Seçki Qurumunun (ASQ) sədri Sadi Güvən çıxış edib.

"Proses başa çatıb. ASQ 11 ali seçki üzvü səsvermə ilə qərar verdi", - Güvən deyib.

Qeyd edək ki, ASQ-nin qərarına əsasən, İstanbul bələdiyyə sədrliyinə keçirilən seçkilərin nəticələri ləğv edilib. 23 iyunda təkrar seçkilər keçiriləcək.