"Barsa"ya şok: "Liverpul"dan möhtəşəm geridönüş

10:54 08-05-2019 715

Bu gün Çempionlar Liqasında ilk finalçının adı bəlli olub.

Axar.az xəbər verir ki, "Liverpul" "Barselona"nı qəbul edib. İspaniyadakı görüşdə "Barselona" 3 cavabsız qolla qalib gəldiyindən finala daha yaxın görünsə də, mersisaydlılar evdə 4 cavabsız qol vuraraq, fantastik geridönüş edib və finala vəsiqə əldə edib.

"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0

Qollar: Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0)