İsgəndər Həmidovun vəziyyəti pisləşdi - Xaricə aparılır

15:43 20-05-2019 470

Dünən axşam saatlarında Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun anidən vəziyyəti pisləşib.

Bu barədə Yeni Sabaha-a İsgəndər Həmidovun köməkçisi məlumat verib. Belə ki, sabiq nazir şiddətli ürək ağrıları və pristupu ilə xəstəxanaya yerləşdirilib:

"Həkimlər təkidlə onu əməliyyat etmək istəsə də, ailə üzvləri və yaxın qohumları buna imkan vermədi. İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılmağı məqsədəuyğun sayılıb”.

Xatırladaq ki, İsgəndər Həmidov ötən il dekabrın 4-də anidən vəziyyətinin pisləşməsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilmiş və həkimlərin anju etmək təklifini son anda rədd etmişdi.