Bakıda ata və oğulun ölümünə səbəb olan qəzanın - Videosu

13:22 29-05-2019 605

Dünən Bakının Nərimanov rayonunda baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən şəxsin fotosu və qəzasının görüntüləri yayılıb.

Unikal.org xəbər verir ki, görüntülərdə yüksək sürətlə hərəkətdə olan avtomobil qarşı hərəkət olan BMV markalı maşının “Mitsubişi” markalı avtomobilə çırpıldığı əks olunub. Hadisə nəticəsində BMV-nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüb.