Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır - "Boinq-757" ilə

10:59 11-06-2019 435

Azərbaycan Hava Yolları QSC (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın paytaxtı Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

AZAL-dan verilən məlumata görə, uçuşlar hər həftənijn çərşənbə axşamı günü ekonom və biznes sinif konfiqurasiyalı “Boinq-757” təyyarələri ilə yerinə yetiriləcək.

Bu ilin payızından isə aviareyslərin sayı həftədə iki dəfə olacaq.