Bərdədə xəstə yaxınları təcili yardım həkimlərini döydü - FOTO

11:15 12-06-2019 20

Bərdədə çağırışa gedən təcili yardım həkimləri döyülüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qaradəmirçi kəndində baş verib.

Belə ki, hadisə yerinə çatan kimi Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və təcili tibbi yardım avtomobilinin sürücüsü Zaur İbrahimovu döyüblər.

Həkimlərin sözlərinə görə, şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə avtomobilə və onlara hücum edib. Onlar xəstəni müayinə etməyə imkan tapmayıblar. 

Hadisə zamanı maşının yan şüşəsi qırılıb, sürücü isə qolundan xəsarət alıb.

Hadisə ilə bağlı rayon Təcili Yardım Stansiyasının baş həkimi məlumatlandırılıb və polisə rəsmi müraciət edilib. Hazırda həkimə xəsarət yetirən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.