Axşam bu yolda hərəkət məhdudlaşdırılacaq

11:28 12-06-2019 22

Bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, anoloji işlər axşam saat 22:00-da səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.