BAKIDA QURTULUŞ GÜNÜ İLƏ BAĞLI KONSERT KEÇİRİLİB

14:27 12-06-2019 445

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl Teatr” Bakı Konsert Kompleksində 15 İyun Milli Qurtuluş Günü münasibətiylə konsert proqramı keçirilib.

Konsertdə tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir vətənpərvər Azərbaycanlı üçün çox əziz olduğu vurğulanıb. Bildirilib ki, 26 il əvvəl yenicə müstəqilliyini qazanmış respublikamızı dağılmaqdan, məhv olmaqdan xilas edən ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.

Aparıcılar Leyla Quliyeva və Tural Əsədovun idarə etdiyi bayram konsertində xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Aygün Kazımova, Nəzakət Teymurova, Samir Cəfərov, Zulfiyyə Xanbabayeva, Rasim Balayev, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm” qrupu, əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, Fərqanə Qasımova, Sevda Ələkbərzadə, o cümlədən populyar müğənnilər Zamiq Hüseynov, Elşad Xose, Sevda Yahyayeva, Günay İbrahimli, Dilarə Kazımova, Samir Cavadzadə, Elnur Hüseynov, Fidan Hüseynova, Mirələm Mirələmov çıxış edib.

Konsert proqramının sonunda Fire Land Productionun yeni ərsəyə gətirdiyi “Azərbaycan” layihəsi təqdim edilib. Nərgiz Cəlilovanın təqdimatı ilə nümayiş olanan mahnın sözləri Cəlal Qurbanova və musiqisi bəstəkar Rauf Məmmədova aid olub. Zalda əyləşən tamaşaçılar da "Azərbaycan” mahnısını birgə ifa etdilər.
Bakıda Qurtuluş Günü ilə bağlı konsert keçirilib
Bakıda Qurtuluş Günü ilə bağlı konsert keçirilib
Bakıda Qurtuluş Günü ilə bağlı konsert keçirilib
Bakıda Qurtuluş Günü ilə bağlı konsert keçirilibxalqxeber.az