MƏHKƏMƏ NARKOTİKLƏ TUTULAN BAŞ REDAKTORLA BAĞLI QƏRAR VERDİ

14:31 12-06-2019 76

Xətai Rayon Məhkəməsində qanunsuz narkotik maddə satmaqda təqsirləndirilən Şəfəq Ağacanın (Ağabalayeva) barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

Oxu.Az-ın xəbərinə görə, prosesdə qərar elan edilib. 

Qərara əsasən, məhkəmə vəsatəti təmin etməyib.

Xatırladaq ki, Ş.Ağabalayeva Bakupress.az saytının təsisçisi və baş redaktorudur.

O, Nərimanov rayonunda narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Onun üzərindən bükülmüş halda narkotik maddə aşkar edilərək götürülüb.