Urmiyada “türk qızları” ilə bağlı tələb – Video

14:13 02-11-2018 835

İranın qadın voleybol komandaları arasında keçirilən çempionatda növbəti turun oyunları keçirilib.

Axar.az xəbər verir ki, Super Liqa yarışlarının 4-cü həftəsində Urmiyanın “Durna” voleybol komandası Tehranın “Peykan” komandasını “Durnalar Yuvası” (Qədir) stadionunda qəbul edib. 2 mindən çox azarkeşin iştirak etdiyi oyunda qadınların stadiona giriş hüququnu tələb edən şüar səsləndirilib.

Stadionda “Azərbaycan qızları, göylərin ulduzları - Stadion yolları, gözləyir onları”, “Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq, biz alarıq haqqınızı, türk qızları” kimi şüarlar azarkeşlər tərəfindən dilə gətirilib.

Qeyd edək ki, bundan öncə oktaybrın 26-da “Traktor” – “Sepidrud” komandaları arasında keçirilən oyun zamanı da qadın hüquqları ilə bağlı şüarlar səsləndirilmişdi.

İran coğrafiyasında qadınların səsvermə hüququ isə ilk dəfə olaraq 1946-cı ildə (hicri-şəmsi təqvimi ilə 1325-ci il) Azərbaycan Milli Hökuməti tərəfindən tanınıb.