Uşaqlarla oynayanda başına daş dəydi, öldü – Faciə

12:23 02-07-2019 355

Hacıqabul rayonunda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Report xəbər verir ki, Hacıqabul şəhər sakini, 2012-ci il təvəllüdlü Rəhimova Şəhanə Həsən qızı həmyaşıdları ilə oynayarkən ona atılan daş baş nahiyyəsinə dəyib. Ağır kəllə-beyn travması alan azyaşlı qız Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.