Xərçəng və diabet riskini azaldan ağ içki

11:08 05-07-2019 300

Süd və süd məhsullarının düzgün istehlak olunması bir sıra xroniki xəstəliklərin qarşısını alır, uşaqların sümüklərini möhkəmləndirir, yaşlılarda isə əzələlərin yumşalmamasına kömək edir.

Trend-in məlumatına görə, İspaniyanın Qranada Universitetinin mütəxəssisləri bu qənaətə gəlib.

Qeyd olunur ki, südün tərkibində zülallar, kalsium, maqnium, fosfor, kalium, sink, selen, A vitamini, riboflavin, B12 vitamini var.

Qida rasionuna süd məhsullarının əlavə olunması bağırsaq və sidik kisəsi xərçənginə tutulmaq riskini azaldır. Bundan başqa, süd məhsullarının ikinci tip diabetin inkişaf riskini azaltdığı ehtimal olunur.